“Kia Rio” avtomobilinin Azərbaycan bazarında 2009-2013-cü illərinin təxminən ortalama bazar qiyməti cəmi 15,228 manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, “Kia Rio”nun 2009-ci il üzrə istehsalının təxminən ortalama qiyməti 11,780 manat, 2010-cı ildə 13,210 manat, 2011-ci ildə 15,440 manat, 2012-ci ildə 17,410 manat və 2013-cü ildə 18,300 manat arasında dəyişib.

Qeyd edək ki, 2000-ci ildən Cənubi Koreyanın istehsal etdiyi “Kia Rio” öz komfortu və rahatlığı ilə seçilən üçüncü nəsil avtomobildir. Üçüncü nəsildə dizaynerlər bu avtomobilə sport eksteryer bəxş edib, sürücünün və sərnişinlərin məksimal rahatlığı ilə bərabər təhlükəsiz yürüş üçün nəzərdə tutulmuş bir avtomobil yaradıblar. Avtomobil ailəvi istirahət üçün tam olacaq əlverişlidir. Bu avtomobil həm uzun, həm də qısa məsafələr üçün yaradılıb. “Rio” modeli isə faktiki olaraq “Hyundai Accent” avtomobilinin analoqudur.