Hazırda Özbəkistan şirkətinin iştirakı ilə Hacıqabulda avtomobil zavodu inşa olunur və orada “General Motors” ilə birlikdə avtomobil istehsal etmək planlaşdırılır.

Bunu, Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov ilə Azərbaycan Respullikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev arasında keçirilən görüşdə səfir bildirilib.

Səfir Ələt iqtisadi zonasında Özbəkistan və Azərbaycan sahibkarlarının  müəssisələrinin tekstil, ərzaq, dərman istehsalı sahəsində birgə müəssisələr yarada biləcəyini qeyd edib.

Azərbaycanda yetişdirilən fındıq, nar sortlarına Özbəkistanda böyük maraq olduğunu vurğulayan səfir bununla bağlı regionlara səfər etdiyini bildirib. B.Aşrafxanov Bakını Özbəkistana gedən tranzit yüklər üçün mərkəz  funksiyası daşımasını arzuladığını bildirərək bununla bağlı konkret işlər görüldüyünü söyləyib.marja