Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu ərazisində yerləşən Milli İstinad Laboratoriyası əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, əsaslı təmir işlərinə yaxın vaxtda başlanılacağı gözlənilir.

Əsaslı təmir işləri müddətində laboratoriyanın fəaliyyətini necə davam etdirəcəyi ilə bağlı İnstituta sorğu ünvanladıq.

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, İnstitutun ərazisində yerləşən Milli İstinad Laboratoriyasının əsaslı təmir işləri ilə bağlı tibb xidmətlərinin göstərilməsi, o cümlədən laboratoriyanın fəaliyyətində heç bir ləngimə olmayacaq.

Qeyd edilib ki, tibb xidmətləri və müayinələr həmişə olduğu qaydada davam edəcək. Hazırda Milli İstinad Laboratoriyası İnstitutun ərazisində yerləşən texniki və tibbi cəhətdən uyğun olan digər inzibati binada fəaliyyətini davam etdirir.