Cəbrayıl rayonunun Şükürbəyli kəndində həkim məntəqəsi tikiləcək.

İqtisadiyyat.az bu barədə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna istinadən xəbər verir.

Qeyd edilir ki, kənd həkim məntəqəsinin tikintisi ilə bağlı elan edilən tenderə yekun vurulub və tenderin qalibi “Azertikinti-M” şirkəti olub.

Şirkət qeyd olunan ərazidə 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) həkim məntəqəsinin tikintisini həyata keçirəcək.

Bu xidmətlə əlaqədar fonddan sözügedən şirkətə 500 min manatdan çox vəsait ödəniləcək.

Sadiq Cavadov