Dünyada hər gün 1,6 milyon insan təhlükəli qidaya görə xəstələnir

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) həftəlik mətbuat konfransında bildirilib.

Məlumata görə, qida ilə bağlı yoluxucu xəstəliklərin 40%-ı 5 yaşdan kiçik uşaqlarda müşahidə edilir.

Qlobal ərzaq tədarükünün getdikcə bir-birinə bağlı olduğunu qeyd edən BMT, təhlükəli qidanın yaratdığı risklərin tez bir zamanda yerli problemdən beynəlxalq fövqəladə vəziyyətə çevrilə biləcəyini vurğulayıb.

 

Gözəl Həşimova