Bu ilin yanvar-may aylarında Azərbaycana idxal olunan əczaçılıq məhsullarının dəyəri 217 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24,8% azdır.

Hesabat dövründə əczaçılıq məhsullarının idxalı ölkənin ümumi idxalının 2,97 %-ni təşkil edib.

Əlavə edək ki, 2023-cü ilin eyni aylarında Azərbaycan 288,7 milyon dollar dəyərində əczaçılıq məhsulları idxal edib.

 

Gözəl Həşimova