Azərbaycanda baytarlıq dərmanlarının satışı ilə məşğul olan "Vetamed" MMC-nin lisenziyası itib.

İqtisadiyyat.az bu barədə şirkətdən məlumat əldə edib.

Qeyd olunub ki, lisenziyanın hansı şəraitdə yoxa çıxması məlum deyil.

Baytarlıq preparatlarının satışı lisenziyası itdiyi üçün etibarsız sayılır.

Qeyd edək ki, "Vetamed" MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Səfərov Anar Gülrüstəm oğludur.