Azərbaycan sərhədini keçməyə çalışan Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb
Məlumat verildiyi kimi, aprel ayının 23-də Azərbaycan – Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınaraq diversantlar geri çəkilməyə məcbur edilib.
Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Əməliyyat şəraiti nəzarətdə saxlanılır.
2022-04-24 21:28:00
2040
Teqlər: