Logo

Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb


Ağdam rayonunda insan sümükləri aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Ağdam rayonunun işğaldan azad edilən ərazisində “Körpü-Bina Tikinti” MMC tərəfindən qazıntı işləri aparılarkən iki şəxsə məxsus insan sümükləri aşkar edilib.

Hazırda faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

2021-10-28 11:37:00 1815
Teqlər: