"Optimal Elektronika" məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, mağazalar şəbəkəsi barəsində "Softline Azərbaycan" şirkəti Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

İddia hakim Zaur Pirverdiyevin sədrliyi ilə araşdırılacaq.

Bundan əlavə, "Mobile Solution and Marketing Technologies" şirkəti də "Optimal Elektronika" barəsində Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Bu məhkəmə işi isə hakim Kənan Hüseynovun sədrliyi ilə araşdırılacaq.

Hər iki işin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələlə (sair öhdəliklər üzrə mübahisələr) bağlıdır.

Qeyd edək ki, "Optimal Elektronika" 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 11 485 360 manatdır.Digər şirkətlər isə marketinq sferasında ixtisaslaşmış şirkətlərdir.