Bütün smartfonların akkumulyatorları zaman keçdikcə istər-istəməz köhnəlir, lakin istifadəçilər bu prosesin sürətinə təsir edə bilərlər.

İqtisadiyyat.az "Russia Today" agentliyinə istinadən xəbər verir ki, smartfonun batareyası 40-90% aralığında doldurularsa, batareyanın ömrü daha uzun olacaq.

Bundan əlavə, smartfon aşağı temperaturda istifadə olunmasa, batareya öz xüsusiyyətlərini daha yaxşı saxlayacaq. Soyuq havada və sıfırdan aşağı temperaturda istənilən akkumulyator nəinki çox tez boşalır, həm də öz istismar xüsusiyyətlərini itirir. Beləliklə, akkumulyatorun ömrü daha qısa müddətdə tükənir.

 

Gözəl Həşimova