Bu gün səhər saatlarında Qazaxıstanın bir neçə hökumət saytı bir anda fəaliyyətini dayandırıb.

Bu barədə İqtisadiyyat.az “Kommersant”a istinadən xəbər verir.

Məlumata görə, ölkənin Daxili İşlər Nazirliyi, İnformasiya və Rabitə Nazirliyi, Maliyyə Nazirliyi, Əmək Nazirliyi, Nəqliyyat və Rabitə Nazirliyi və hökumətin saytları açılmayıb.

Bununla bağlı səbəb hələlik açıqlanmayıb.

 

Gözəl Həşimova