Madeinazerbaijan.gov.az portalının yaradılması üçün sərf olunacaq vəsait məlum olub.

Bu barədə İqtisadiyyat.az İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat əldə edib.

Portalın yaradılması üçün 221.840 manat vəsait ayrılıb və artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb.

Məlumata görə, portalda istifadəçilər üçün şəxsi kabinet, müraciət və bildiriş modulları olacaq.