"Apple" şirkətinin bu ilin aprel-oktyabr aylarında Hindistandan smartfon ixracı 177% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Business Standard” qəzeti məlumat yayıb.

Məlumata görə, tədarükün ümumi məbləği 5 milyard dolları ötüb. 2022-ci ilin eyni dövründə Cənubi Asiya respublikasından "Apple" smartfonlarının ixracı 1,8 milyard dollar təşkil edib.

"Apple"ın istehsal imkanlarının artması nəticəsində Hindistanın "iPhone" ixracı aprel-oktyabr aylarında 8 milyard dollara çatıb.

 

Gözəl Həşimova