Zimbabve Nazirlər Kabineti qətl törədənlərə ölüm cəzası verən qanunu ləğv etmək qərarına gəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin informasiya naziri Jenfan Musvere yerli mətbuata verdiyi açıqlamada bildirib.

O, parlamentin göndərdiyi və 1 ildir kabinetdə gözlənilən qanun dəyişikliyi təklifinin qəbul edildiyini açıqlayıb.

Musvere bildirib ki, qanunun ləğvindən sonra konstitusiyaya qatillərə ölüm cəzası əvəzinə uzunmüddətli həbs cəzası nəzərdə tutan dəyişiklik ediləcək.

Parlamentdə uzun müzakirələrə səbəb olan təklif ağır qətl cinayətlərinə şamil edilib.

Britaniya müstəmləkəçiliyinin mirası olan ölüm cəzası 2005-ci ildən bu yana ölkədə heç bir cinayətkara tətbiq edilməyib.