Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın başlayıb.

Bu barədə İqtisadiyyat.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

"112" qaynar telefon xəttinə Zərdab şəhəri, Etibar Hüseynov küçəsində ikimərtəbəli yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.