Türkiyədə zəlzələnin zərər vurduğu Qaziantep vilayətinin Nurdağı və İslahiyə rayonlarında yeni binaların tikintisinə başlanılıb. 

İqtisadiyyat.az türk mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurum məlumat verib.

O bildirib ki, ilkin mərhələdə 855 bina tikiləcək. 

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş bölgəsində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.