Twitter Ukraynada davam edən münaqişə ilə bağlı məlumatları gizlətməkdə ittiham edilir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenskinin baş müşaviri Mixail Podolyak deyib:

“Ukraynadakı müharibə Twitter trendlərindən itib. Rusiyanın təcavüzündən bəhs edən tvitlər kəskin şəkildə azalır. İstifadəçilərə Ukrayna telefon nömrəsi ilə qeydiyyatdan keçmək və ya hesaba daxil olmaq qadağan olunub".

Twitter hələlik mövzu ilə bağlı hər hansı açıqlama verməyib.