"Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeriy Zalujnı ilə görüşüb, Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyinin yenilənməsini müzakirə edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Zelenskinin "Telegram" kanalında məlumat yayılıb.

"Biz Ukrayna Silahlı Qüvvələrinin hansı növ yeniləməyə ehtiyacı olduğunu müzakirə etdik. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin yenilənmiş rəhbərliyində kimlərin ola biləcəyini müzakirə etdik", - dərc olunan mesajda deyilir.

Mesajda Zalujninin vəzifədən azad edilib-edilməməsi barədə məlumat verilməyib.