Ukrayna prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının ruslara qarşı yeni sanksiyaları ilə bağlı qərarlarını qüvvəyə mindirən iki fərman imzalayıb.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, fərmanlara 108 fiziki şəxs və 37 şirkət daxildir.

Sanksiyalar 5 və 10 il müddətinə tətbiq edilir və xüsusilə aktivlərin müsadirəsini, özəlləşdirmədə iştirakın qadağan edilməsini və aktivlərin Ukrayna ərazisindən çıxarılmasını nəzərdə tutur.

 

Gözəl Həşimova