Ukrayna prezidenti Volodimir Zelenski əsgərlərlə görüşüb.
İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Kiyevdəki Sofiya monastrının qarşısında keçirilən görüş müharibənin 1 illiyinə həsr olunub.
Görüş müharibədə həyatını itirənlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra Zelenski əsgərləri dövlət ordeni ilə təltif edib.
Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsi ötən il 24 fevralda başlayıb.