Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində bu günə qədər 184 ukraynalı idmançının həyatını itirdiyini bildirib.


İqtisadiyyat.az xəbər verir ki,Zelenski Telegram hesabında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxla telefon danışığı apardığını bildirib.

Müharibə nəticəsində həyatını itirən ukraynalı idmançılarla bağlı Baxı məlumatlandırdığını qeyd edən Zelenski, "Fevral ayından bu yana Rusiyanın hərəkətləri nəticəsində 184 ukraynalı idmançı həlak olub. Rusiya idmandan təbliğat məqsədilə də istifadə edir", - deyə bildirib.

Zelenski Ukraynada müharibə zamanı zədələnmiş idman infrastrukturlarının təmirini də müzakirə etdiklərini bildirib.