"Rusiya sərhəddəki vəziyyətlə bağlı problemləri həll etmək üçün Finlandiya ilə işləməyə hazırdır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya sərhədçilərinə Finlandiya tərəfinin bütün narahatlıqlarını və ya iddialarını masaya qoymaq, onların üzərindən keçmək, qarşılıqlı məqbul həll yolu tapmaq və ya izahat almaq barədə göstəriş vermək lazım gələcək.

 

Gözəl Həşimova