Fransa prezidenti Emmanuel Makronun sülhsevər bəyanatları və ölkənin Xarici İşlər Nazirliyinin Ukraynaya hərbi yardımı artırması vədləri ilə formalaşan rəsmi Parisin ritorikası iki oturacaq üzərindəki şpaqatı xatırladır.

İqtisadiyyat.az xəbər verir ki, Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

O, faktiki olaraq Fransa rəhbərliyini ikiüzlülükdə ittiham edib. Diplomat, həmçinin Fransa hakimiyyətini yaxşı prezident və yaramaz XİN rollarını oynamaqda günahlandırıb.

Zaxarova bu sözləri ilə Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Parisin tezliklə Kiyevi hava hücumundan müdafiə sistemlərinin yeni partiyası ilə təmin edəcəyini bildirən bəyanatına diqqət çəkib.

Makron isə ABŞ-a səfərindən sonra deyib ki, gələcək Avropa təhlükəsizlik arxitekturası Rusiya üçün təminat verməlidir. Onun sözlərinə görə, bu məsələ sülhlə bağlı müzakirələrin bir hissəsi olacaq.