Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan iki nəfər təxliyə olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan İqtisadiyyat.az-a bildirilib ki, səyahət məqsədilə ötən gün Zaqatalaya gələn turistləri çətin relyefli dağlıq ərazidən Rayon Polis Şöbəsinin, eləcə də digər aidiyyəti qurumların əməkdaşları təxliyə ediblər.

Onlar polis əməkdaşlarının da iştirakı ilə xəstəxanaya aparılıblar və tibbi müayinədən keçiriləcəklər.