Yunanıstanın baş naziri Kiriakos Mitsotakis aprelin 4-də Ağ Evdə ABŞ prezidenti Co Baydenlə görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yunanıstanın "newsit.gr" xəbər portalı ABŞ-nin Yunanıstandakı səfiri Corc Tsounisə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Tsunis Yunanıstanın liman şəhəri Aleksandrupolisdə keçirilən "Şəhər hadisələri" konfransında iştirak edib və Yunanıstan-Amerika münasibətlərindən danışıb: "Kyriakos Mitsotakis aprelin 4-də Ağ Evdə olacaq. ABŞ prezidenti Co Baydenlə görüşəcək".

Nəşr yazır ki, Mitsotakis və Bayden arasında keçiriləcək görüşdə Yunanıstan və ABŞ-yə aid silah, enerji və iki ölkə arasında strateji münasibətlər kimi bütün məsələlərin müzakirə ediləcəyi gözlənilir. Məlumata görə, Ukrayna, Yaxın Şərq, Şərqi Aralıq dənizi və Yunanıstan-Türkiyə münasibətləri mövzularına da toxunulacaq.