Prezident İlham Əliyev Əli Nağıyevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Vilayət Eyvazovun isə Daxili İşlər naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

İqtisadiyyat.Az-ın məlumatına görə, sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Əli Nağı oğlu Nağıyev Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilsin".

Vilayət Eyvazovun təyinatı barədə sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Vilayət Süleyman oğlu Eyvazov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilsin".