Vətəndaş müharibəsinin illərdir davam etdiyi Yəməndə 5 yaşdan aşağı 2 milyon 200 min uşağın qida çatışmazlığı səbəbindən həyatları təhlükə altındadır.

Bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Yəmən nümayəndəsi Peter Hawkins bildirib.

Təxminən 8 ildir ki , İranın dəstəklədiyi husilərlə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın dəstəklədiyi hökumət qüvvələri arasında şiddətli toqquşmalara səhnə olan Yəməndə yoxsulluq, aclıq gündən-günə genişlənir. Vətəndaş müharibəsi, aclıq və səfalətdən əziyyət çəkən ölkədə uşaqlar yavaş-yavaş valideynlərinin gözü qarşısında ölürlər. Bu problem özünü daha çox Taiz, Həcc və Hudeyde bölgələrində göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Yəmən Ofisi ötən ay verdiyi açıqlamada kəskin qida çatışmazlığının 5 yaşından kiçik uşaqların təcili müalicəyə ehtiyac olduğunu bildirmişdi.