Yaponiya gələcəkdə mümkün enerji çatışmazlığının qarşısını almaq və bazar sabitliyini təmin etmək üçün qlobal qaz ehtiyatının yaradılmasını təklif edəcək.

İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir ki, hökumət Beynəlxalq Enerji Agentliyinin (IEA) üzv ölkələri üçün neft sektorunda fövqəladə ehtiyata bənzər qlobal qaz anbarı yaradılmasını təklif edəcək.

Məlumata görə, bu təklif iyulun 18-də Tokioda keçiriləcək konfransda elan olunacaq.

Əlavə edək ki, Avropa İttifaqına üzv ölkələrin artıq təbii qazın saxlanması hədəfləri olsa da, hələlik qlobal qaz anbarı yaradılmayıb.

 

Gözəl Həşimova