Yaponiyada bugündən ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Sindzo Abe aprelin 16-da keçirdiyi mətbuat konfransında məlumat verib.
O bildirib ki, daha əvvəl ölkənin 7 əyalətdə tətbiq edilən fövqəladə vəziyyət rejiminin şərtləri mayın 6-dək bütövlükdə Yaponiyaya aid ediləcək.
Qeyd edək ki, Yaponiyada 7 apreldən ölkənin 7 əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.
Xatırladaq ki, Yaponiyada COVID-19-a 9 800 nəfər yoluxub, 195 nəfər isə ölüb.