Yaponiyada Dəniz Özünümüdafiə Qüvvələrinə (MSDF) aid İnazuma esminesi Yamaquçi yaxınlığında pərvanəsinin zədələnməsindən sonra dənizdə qalıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanata görə pərvanəsi zədələnən esminesin dənizin dibindəki qayaya çırpılmış ola biləcəyi təxmin edilir.

190 nəfərlik ekipaj və 4550 ton çəkisi olan MSDF esminesi hadisədən sonra dənizə yanacaq sızdırıb.

Hadisə zamanı xəsarət alan olmasa da, esmines hadisə yerinə lövbər salıb.