Ukrayna prezidenti Volodimir Zelenski sələfi Viktor Yanukoviçin Kiyev yaxınlığındakı “Mejiqorye” dövlət iqamətgahının yerində milli parkın yaradılması haqqında qərar imzalayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, Kiyev vilayətinin Vışqorodski rayonunun ərazisində ümumi sahəsi 138,6 hektar olan dövlət əhəmiyyətli “Mejiqorye” parkı yaradılacaq.

Qərarda qeyd olunur ki, park Ukraynanın Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Nazirliyinə tabe olan xüsusi administrasiya tərəfindən idarə olunacaq.