Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Xoruzlu kəndi ərazisində yabanı halda bitən, çəkisi 2 ton 300 kiloqram olan 3200 ədəd çətənə bitkisi kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan İqtisadiyyat.az-a məlumat verilib.