Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb olunublar. İqtisadiyyat.az xəbəb verir ki, xilasedicilərimiz artıq Kahramanmaraşdakı "Azərbaycan" prospektinə çatıb. Axtarış-xilasetmə işlərinə xüsusi təlim görmüş itlər də cəlb olunub. 
 
Hadisə yerindən çəkilmiş videoları təqdim edirik: