Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya “yaşıl enerji” axınının perspektivləri dəyərləndirilib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov özünün "X" hesabında paylaşım edib. 

“Avropa Komissiyasının enerji siyasəti strategiyası və koordinasiya üzrə direktoru xanım Kristina Lobillo Borrero ilə görüşdə Azərbaycan-Avropa İttifaqı Enerji Dialoqunun gündəliyindəki mövzulara dair səmərəli müzakirələr apardıq. Avropanın enerji və iqlim hədəfləri müstəvisində qaza tələbat, Azərbaycandan qaz tədarükü və Xəzərdən Avropaya “yaşıl enerji” axınının perspektivləri, "yaşıl enerji" dəhlizi layihəsi üzrə əməkdaşlıqla bağlı məsələləri dəyərləndirdik”, - paylaşımda qeyd edilib.