Xersonda “News Front” agentliyinin hərbi müxbiri yaralanıb.
İqtisadiyyat.az xəbər verir ki, bunu bölgənin "qubernator vəzifəsini" icra edən Vladimir Saldo bildirib.
"Xerson vilayətində Ukrayna hərbçiləri tərəfindən həyata keçirilən sui-qəsd cəhdi nəticəsində “News Front” agentliyinin hərbi müxbiri yaralanıb", - Saldo qeyd edib.
"Onlar müharibə müxbiri Leksi (kod adı) öldürmək üçün pilotsuz uçuş aparatından istifadə ediblər. Leks yaralanıb", - o bildirib.