Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin məhkəməsinin vaxtı bilinib.

İqtisadiyyat.az xəbər verir ki, məhkəmə iclası oktyabrın 13-də başlayacaq.

Cinayət işi Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun icraatında araşdırılacaq.

İş üzrə 59 nəfər zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, Meşəli soyqırımı ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçatryan Vaqif Çerkezoviç bu ilin iyulunda Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.