Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus iqlim dəyişikliyinə qarşı təcili tədbirlərə və öhdəliklərə ehtiyac olduğunu bildirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qebreyesus ABŞ-nin Havay adalarının Maui bölgəsində meşə sahəsində baş verən yanğınlarla əlaqədar "Twitter" platformasındakı hesabından paylaşım edib.

O, ekstremal hava hadisələrinin ağlasığmaz fəsadlara səbəb olduğunu vurğulayıb: "Ürəyim bu ölümcül meşə yanğınlarına məruz qalan Havay xalqının yanındadır. İqlim böhranını həll etmək üçün təcili tədbirlər və öhdəliklər lazımdır".

Qeyd edək ki, Maui adasındakı meşə sahəsində baş verən yanğınlar nəticəsində 36 nəfər ölüb, çoxlu sayda insan yaralanıb, xeyli mülkə ziyan dəyib.

Adada 3 böyük yanğın davam edir.