Son bir gündə dünyada koronavirusa yoluxanların sayı daha 72 min nəfər artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

Qeyd edilir ki, bununla da dünyada koronavirusa yoluxanların sayı 2 314 621 nəfərə, həmçinin pandemiya qurbanlarının sayı 157 847 nəfərə çatıb.

Dünyada son bir gündə koronavirusdan ölənlərin sayı 5 296 nəfər artıb.

Ən çox yoluxmalar və ölüm halları Avropada müşahidə olunur. Köhnə qitədə ümumilikdə virusa 1 149 071 yoluxma və 103 586 ölüm qeydə alınıb. Qitə ölkələrində bir gün ərzində virusa yoluxanların sayı 26 882 təşkil edib, 2 648 ölüm qeydə alınıb. (Report)