Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun yayılması ilə əlaqədar 2020-ci ilin yanvarından bəri qüvvədə olan dünya səhiyyəsində fövqəladə vəziyyət rejiminin müddətini daha 3 ay uzadıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki mənzil-qərargahında təşkilatın Fövqəladə Komitəsinin iclasının yekunlarına dair mətbuat üçün məlumatda deyilir.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus komitənin hazırkı COVID-19 pandemiyasına dair tövsiyəsi ilə razılaşıb. O bildirib ki, bu pandemiya beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyədə fövqəladə vəziyyət nümayiş etdirməkdə davam edir.