“Unibank” ASC-nin Maliyyə menecmenti departamentinin direktoruna yeni müavin təyin edilib.

Bu, Durdanə Əliyevadır. O, 2021-ci ilin aprelindən bu vəzifəyə yüksəlib.

2018-ci ilin yanvarından cari ilin aprelinə qədər D.Əliyeva Maliyyə nəzarəti şöbəsinin müdiri kimi çalışırdı.

D.Əliyeva 2008-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə üzrə bakalavr, 2012-2014-cü illərdə Bakı Mühəndis Universitetində maliyyə idarəedilməsi üzrə magistr dərəcəsinə yüksəlib.banker