Azərbaycanda sevilən brendlərdən olan “Ülker” loterya qaliblərini mükafatlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, 7 oktyabr – 10 dekabr tarixlərində stimullaşdırıcı lotereya keçirən və sevilən brend olan “Ülker” qaliblərini seçdi və hədiyyələrini təqdim etdi. 8 AZN-lik “Ülker” məhsulları alan və ulkerlotereya.az saytında qeydiyyatdan keçən şəxslər arasında keçirilən bu oyunda nə az, nə çox, tam 36 ədəd hədiyyə oynanıldı və 15 dekabr tarixində canlı yayım vasitəsilə qaliblər açıqlandı. Tərəfsiz şəxslərin və müstəqil jurnalistin iştirakı ilə baş tutan qaliblərin seçilmə prosesi sosial media kanalları vasitəsilə canlı yayımlandı. Qaliblər arasından seçilən şəxslər İstanbula və Dubaya 1 həftəlik Yeni il turu, İphone 13 Pro, Samsung Galaxy S22 Ultra, 2 ədəd Samsung Galaxy Tab A8, Notebook Lenovo, TCL markalı 32 düyümlük televizor, 5 ədəd simsiz qulaqlıq, 3 ədəd qəhvə üyüdən, 3 ədəd mikrodalğalı soba, 3 ədəd avtomobil üçün tozsoran, 3 ədəd əl blenderi, 3 ədəd ütü və 3 ədəd su isidən qazandılar və qaliblər hədiyyələrini əldə ediblər.

 

facebook sharing button