Ukrayna Maliyyə Nazirliyi ölkənin büdcə kəsirinin gələn il də azalmayacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyinə müsahibəsində Ukraynanın maliyyə naziri Sergey Marçenko deyib.

Onun sözlərinə görə, Ukraynanın gələn il büdcə kəsiri bu ildən az olmayacaq, çünki hərbi və təhlükəsizlik xərcləri azalmayacaq.

Əlavə edək ki, iyun ayında Avropa Komissiyası 2024-cü ildən 2027-ci ilə qədər Ukrayna büdcəsini dəstəkləmək üçün 50 milyard avro səviyyəsində maliyyə vermək niyyətində olduğunu açıqlayıb.