Ukrayna prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərliyin bu ilin mayın 13-dək uzadılması haqqında qanunu imzalayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “Country Politics” məlumat yayıb.

Bununla da xüsusi rejim müharibə başlayandan, yəni 2022-ci il fevralın 24-dən bəri 10-cu dəfə uzadılıb.

Bundan əvvəl Ukraynanın Nazirlər Kabinetinin hərbi komissarlıqların gecə-gündüz işləməsi barədə qərar qəbul etdiyi bildirilib. O cümlədən, onlar 24 saat ərzində inzibati xətalar haqqında işlərə baxacaq və inzibati tənbeh tətbiq edəcək, tibbi müayinələrin keçirilməsini təşkil edəcək, çağırışçıların, hərbi xidmətə cəlb olunanların şəxsi və keyfiyyət uçotunu, səfərbərlik zamanı və müharibə dövründə nəqliyyat vasitələrinin uçotunu aparacaqlar.