“Ukraynada hava hücumundan müdafiə sistemi əhəmiyyətli dərəcədə gücləndirilib”.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. 

Onun sözlərinə görə, ölkədəki hərbi və infrastruktur obyektlərinə hücumların intensivləşməsi fonunda belə bir qərar qəbul edilib. Hava hücumundan müdafiə vasitələri ən çox ehtiyac duyulan ərazilərə göndəriləcək.

Xatırladaq ki, iyulun 25-də Vladimir Zelenski Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə telefon danışığı zamanı Kiyevin Qərbin hava hücumundan müdafiə sistemlərinin yeni təchizatına ehtiyacı olduğunu bildirib. 

Onun sözlərinə görə, Ukraynanın ən böyük şəhərlərində əsas obyektləri qorumaq üçün bu tədbirlər təcili şəkildə həyata keçirilməlidir.