"Ukrayna Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd edib".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Ukraynanın pilotsuz uçuş aparatları ilə terror aktları həyata keçirmək cəhdlərinin qarşısı alınıb. Bildirilib ki, Moskva və Sevastopol istiqamətinə uçan 2 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edilib.

 

Gözəl Həşimova