Ukrayna Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində mütəşəkkil cinayətkarlıqla mübarizə səylərinin əlaqələndirilməsini nəzərdə tutan üç sazişdən çıxıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Ukrayna Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 24 sentyabr 1993-cü il tarixli qərarlarından, yəni "Mütəşəkkil Cinayətkarlığa və Cinayətin Digər Təhlükəli Növlərinə Qarşı Mübarizə üzrə Koordinasiya Bürosu haqqında" qərarından çıxmışdır. Moskvada 2005-ci il noyabrın 25-də Moskvada imzalanmış "Mütəşəkkil cinayətkarlığa və digər təhlükəli cinayət növlərinə qarşı mübarizənin əlaqələndirilməsi Bürosu haqqında Əsasnamə haqqında" qərar və "Büro haqqında əsasnaməyə əlavə və dəyişikliklər edilməsi haqqında" qərarlar da artıq dayandırılıb", - o, "Telegram" kanalında yazıb.

Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarusiya, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir.