Ukrayna Böyük Britaniyanın zəmanəti ilə Dünya Bankının fondundan təxminən 400 milyon dollar alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, vəsait pensiya ödənişlərinin və tibb işçilərinin əmək haqlarının qismən ödənilməsinə yönəldiləcək.

Kredit güzəştli şərtlərlə verilir, ödəmə müddəti isə 5 il güzəşt dövrü ilə 19 ildir.

 

Gözəl Həşimova