Sosial media nəhəngi Twitter ofis mebellərini gələn ay hərraca çıxaracağını açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, satış 17 və 18 yanvar tarixlərində baş tutacaq.

Twitter-in San-Fransiskodakı baş ofisindən yüzlərlə “artıq korporativ ofis aktivləri” Heritage Global Partners tərəfindən hərraca çıxarılacaq.

Qeyd edək ki, hərracın şirkətdə xərclərin azaldılması tədbirləri ilə bağlı olub-olmadığı açıqlanmayıb.