Twitter Etibar və Təhlükəsizlik Şurasını ləğv edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Şuranın sosial şəbəkələrdə təhlükəsizlik məsələləri, uşaqların zorakılıq və ya istismarı çağırışlarına qarşı mübarizə ilə bağlı məsləhətləşmələrlə məşğul olduğu qeyd edilib.

Qeyd edək ki, Etimad və Təhlükəsizlik Şurasının üç üzvü ötən həftə istefa verdiklərini bəyan etmişdi.